Başkanımız Dr.Süleyman BASA’nın verdiği demeç yayınlandı

by Timbir

TİMBİR sədri: “Azərbaycandakı prezident seçkilərini diqqətlə izləyirik”

https://secki-2024.az/az/news/view/972/timbir-sedri-azerbaycandaki-prezident-seckilerini-diqqetle-izleyirik

TİMBİR sədri: “Azərbaycandakı prezident seçkilərini diqqətlə izləyirik”

“Fevralın 7-də keçiriləcək prezident seçkiləri qardaş Azərbaycanın ən yeni tarixində xüsusi iz buraxan seçki kimi yaddaşlarda qalacaq. Bu seçkiyə özəl əhəmiyyət qazandıran əsas məqam təxminən son 35 ildə ilk dəfə ölkənin bütün ərazilərini əhatə etməsidir. Türk dövlətlərinin media ictimaiyyətini əhatə edən bir təşkilat olaraq, bu seçkiləri diqqətlə izləyirik. Onun Azərbaycan xalqı və türk dünyası üçün xeyirli nəticələrlə tamamlanmasını arzulayırıq”. Bu fikirləri secki-2024.az saytına açıqlamasında Türkiyə və digər 10 ölkədə təmsilçiliyi olan Türk İnternet Media Birliyinin (TİMBİR) sədri Süleyman Basa deyib.

 O vurğulayıb ki, Azərbaycanın uzunmüddətli işğala son qoyaraq öz ərazi bütövlüyünü bərpa etməsi və Cənubi Qafqazda yeni reallıqlar yaratması bütün Türk dünyasında sevinc doğurub. İndiki seçkilər isə Qarabağda qazanılmış zəfərin siyasi müstəvidə təsdiqi olacaq: “Təsadüfi deyil ki, bu seçkiləri Zəfər seçkisi adlanırırlar. Bizlər də media təmsilçiləri olaraq bu seçkilərin uğurla tamamlanmasına öz töhfəmizi verməyə çalışırıq.

TİMBİR fevral seçkiləri ilə bağlı xüsusi bəyanat da qəbul edib. Hər zaman olduğu kimi, bundan sonra da Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında qardaş ölkə ilə birlikdə hərəkət edəcəyik”.

https://secki-2024.az/az/news/view/972/timbir-sedri-azerbaycandaki-prezident-seckilerini-diqqetle-izleyirik

You may also like

Leave a Comment